Ronaldodan növbəti uğur

Ronaldodan növbəti uğur

Madrid "Real"ın ulduz üvzü Kriştianu Ronaldo La Liqa tarixinin ən çox qol vuran 3-cü futbolçusu olub. Sport7.az xəbər verir ki, o, buna cari turda "Eybar"a vurduğu penalti qolundan sonra nail olub.

Vurduğu qolla liqadakı qollarının sayını 234-də yüksəldən portuqaliyalı, bununla da "Real"ın əfsanələrindən olan Hüqo Sançezə çatmağı bacarıb.. Ancaq məsələ burasınadı ki, Sançezdən fərqli olaraq, Ronaldo bu uğura 134 oyun az keçirməklə nail olub.

Qeyd edək ki, La Liqa tarixinin ən çox qol vuran ikinci oyunçusu isə 251 qolla Zarradı..

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR