İspaniya La Liqasının 20-ci turunda "Valensiya” ilə qarşılaşan "Atletiko” 3:1 hesablı qələbə qazanıb.
Sport7.az xəbər verir ki, yayda "Barselona”dan transfer edilən Luis Suarez bu qarşılaşmada da fərqlənərək, yeni komandasının heyətində çempionatda keçirdiyi ilk 15 oyunda 12-ci qolunu vurub.
33 yaşlı uruqvaylı forvard La Liqa tarixinin ən uğurlu ikinci debütünü reallaşdırıb. Suares yalnız "Real”ın sabiq hücumçusu Kriştianu Ronaldonu qabaqlaya bilməyib. Portuqaliyalı 2009/10 mövsümündə "Kral Klubu”ndakı ilk ilində 15 görüşdə 13 qola imza atmışdı.
Hazırda "Atletiko” 47 xalla La Liqaya, Suarez isə 12 topla bombardirlər yarışına başçılıq edir.
Sport7.az