Ronaldu İtaliyada mövsümün ən yaxşı futbolçusu seçildi (FOTO)

Ronaldu İtaliyada mövsümün ən yaxşı futbolçusu seçildi (FOTO)

"Gran Galà del Calcio" mükafatının sahibləri müəyyənləşib.

İtaliya Futbolçular Assosiasiyasının versiyasına əsasən, "Yuventus"un hücumçusu Kriştianu Ronaldu A Seriyasında 2018-19 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Həmçinin digər nominasiyalar üzrə də qaliblərin adları bəlli olub:

Ən yaxşı hücumçular: Kriştianu Ronaldu ("Yuventus"), Duvan Sapata ("Atalanta") və Fabio Kualyarella ("Sampdoriya");

Ən yaxşı yarımmüdafiəçilər: Miralem Pyaniç ("Yuventus"), Yosip İliçiç ("Atalanta") və Nikolo Barella ("Kalyari" / "İnter");

Ən yaxşı müdafiəçilər: Joau Kanselu, Corco Kyellini (hər ikisi "Yuventus"), Kalidu Kulibali ("Napoli") və Aleksandr Kolarov ("Roma");

Ən yaxşı qapıçı: Samir Handanoviç ("İnter");

Ən yaxşı komanda: "Atalanta";

Ən yaxşı məşqçi: Can Pyero Qasperini ("Atalanta");

Ən yaxşı hakim: Canluka Rokki;

İtaliya B Seriyasının ən yaxşı gənc oyunçusu: Sandro Tonali ("Breşiya").
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR