Ronaldu koronavirus testlərini cəfəngiyyat adlandırdı

Ronaldu koronavirus testlərini cəfəngiyyat adlandırdı

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu koronavirus testi ilə bağlı tənqidi paylaşım edib.

Sport7.az xəbər verir ki, portuqaliyalı hücumçu bunu cəfəngiyyat adlandırıb. Millinin düşərgəsində koronavirusa yoluxan 35 yaşlı forvardın sonradan daha 2 analizinin nəticəsi müsbət çıxıb. Buna baxmayaraq, təcrübəli oyunçu özünü yaxşı və sağlam hiss etdiyini bildirib.

Karantin qaydalarını pozmaqda günahlandırılan Kriştianu Ronaldu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda İspaniya "Barselona"sı ilə bugünkü oyunu buraxacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR