"Ronaldu Peleni keçəcək və futbol tarixində ən çox qol vuran futbolçu olacaq"

Menecer Jorje Mendeş "Tuttosport"a müsahibəsində müştərisi Kriştianu Ronaldu haqqında fikirlərini bölüşüb:

"Ronaldunun statistiki göstəriciləri aldadıcı deyil. İngiltərə, İspaniya, indi isə İtaliyada etdikləri, üstəlik Portuqaliya yığmasında göstərdiyi performans onu digərlərindən ayırır. Onun tarixin ən yaxşı futbolçusu olduğunu deyə bilərik.

Kriştianu Ronaldunun heyətində olduğu Portuqaliya millisi 3 dəfə final oynayıb və bunların ikisindən qalib ayrılıb. Ronaldu artıq qollarının sayını 700-ə çatdırıb. O, Peleni keçəcək və futbol tarixində ən çox qol vuran futbolçu olacaq - buna şübhəm yoxdu. Ronaldu "Yuventus"un heyətində bunu bacaracaq.

68 qol Kriştianu üçün elə də çətin bir şey deyil. Mən əminəm ki, onun ən yaxşı performansları hələ irəlidədi".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR