RQ: Cokoviç və Tim yarımfinalda

RQ: Cokoviç və Tim yarımfinalda

"Rolan Qarros"da kişilərin mübarizəsində 1/4 final mərhələsinə yekun vurulub.

Dünya bir nömrəsi Novak Cokoviç Aleksandr Zverevlə qarşılaşıb. Serb raketka ustası rəqibinə set vermədən adını "sön dörd" tennisçi sırasına yazdırıb. Onun yarımfinaldakı rəqibi Dominik Tim olacaq. Avstriyalı tennisçi Karen Xaçanovu çətinlik çəkmədən məğlub edib.


Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Kişilər

1/4 final

Novak Cokoviç (Serbiya) - Aleksandr Zverev (Almaniya) - 3:0 (7:5, 6:2, 6:2)

Dominik Tim (Avstriya) - Karen Xaçanov - 3:0 (6:2, 6:4, 6:2)


Qeyd edək ki, digər yarımfinal görüşündə Rocer Federer və Rafael Nadal üz-üzə gələcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR