Rudi Qarsiya:

Rudi Qarsiya: "İlk hissədə "Yuventus"un qapısına ikinci qolu vurmadığımıza görə təəssüflənirəm"

"Lion"un baş məşqçisi Rudi Qarsiya "Yuventus"la oyundan (1:0) sonra fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb.

Fransız mütəxəssis komandasının ikinci qolu vura bilməməsinə görə təəssüf hissi keçirdiyini bildirib:

"İlk hissə möhtəşəm alındı. Biz yaxşı müdafiə olunmaqla yanaşı, oyun planımıza ciddi şəkildə əməl etdik.

İkinci hissədə topu rəqibə verdik və bu səbəbdən əziyyət çəkdik. "Yuventus" meydana 4-cü hücum oyunçusunu buraxdı və biz hamılıqla müdafiəyə çəkilməli olduq.

Biz qol buraxmadıq. İlk matçı evdə keçirən komanda üçün ən önəmli məsələ budu. Birinci hissədə ikinci qolu vurmadığımıza görə təəssüflənirəm".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR