Rüfət Dadaşov ABŞ-da turun ən yaxşısı seçildi

Rüfət Dadaşov ABŞ-da turun ən yaxşısı seçildi

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov ABŞ-ın USL müntəzəm çempionatında I turun oyunçusu seçilib.

Sport7.az xəbər verir ki, "Finiks Rayzinq"də çıxış edən 29 yaşlı hücumçu 52 faiz səslə rəqiblərini qabaqlayıb. Forvard həftənin komandasında da yer alıb.

Dadaşov I turda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda 3 qol vuraraq het-trik edib. Hücumçu "Finiks Rayzinq"ə Almaniyanın "Pröyssen Munster" klubundan keçib.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR