Rüfət Dadaşov qol vurdu, komandası uduzdu

Rüfət Dadaşov qol vurdu, komandası uduzdu

Almaniya III Bundesliqasında XVIII turun oyunları keçirilib.
 
Sport7.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen” səfərdə "Meppen”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Rüfət 57-ci dəqiqədə meydana çıxıb. Komandasının yeganə qolunu da millimizin forvardı vurub. 75-ci dəqiqədə fərqlənən Dadaşov cari mövsümdə vurduğu qolların sayını 4-ə çatdırıb.
 
Qeyd edək ki, Münster klubu 18 turdan sonra 13 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR