Rüfət Dadaşovun komandasından darmadağın

Rüfət Dadaşovun komandasından darmadağın

Millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Amerika Birinci Liqasında (USL) II turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, futbolçumuzun komandası "Foneks Rayzinq” doğma meydanda "La Qalaksi II” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətində çıxan Rüfət 70-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, koronavirus pandemiyasının ardından USL-də format dəyişikliyinə qərar verilib. Belə ki, klublar 4-5 komandadan ibarət qruplara ayrılıblar. Qrupu birinci və ikinci bitirən komandalar pley-offa vəsiqə qazanacaqlar. Hazırda "Foneks Rayzinq” 2 oyuna 6 xalla 2-ci sıradadı.

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR