Rumıniyada 1 qızıl, 1 bürünc

Rumıniyada 1 qızıl, 1 bürünc

Rumıniyanın Kluj şəhərində cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib.
 
Sport7.az xəbər verir ki, Beynəlxalq turnirdə mübarizə aparan qadın cüdoçularımız uğurlu nəticə əldə ediblər.
 
52 kq çəki dərəcəsində yarışan Gültac Məmmədəliyeva Fransa, İspaniya, Kuba və Macarıstandan olan rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Daha 3 təmsilçimiz, Leyla Əliyeva, Ayşə Qurbanova (hər ikisi 48 kq), İçinxorloo Munxçedev (57 kq) Avropa kubokunun bürünc medalını qazanıb.
 
29 ölkədən 350 cüdoçunun mübarizə apardığı Kluj turnirinə bu gün yekun vurulacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR