"Valensiya" Denis Çerışevi heyətinə qatdığını açıqlayıb.
Çerışevin "yarasalar"la olan müqaviləsi 2022-ci ilin yayına kimi nəzərdə tutulub. Rus futbolçunun sərbəst qalma məbləği 80 milyon avro təşkil edir.
Çerışev ötən mövsümü icarə əsasında "Valensiya"da keçirmişdi. Daha əvvəl transferin kluba 5 milyon avroya başa gəldiyi barədə xəbərlər yayılmışdı.
28 yaşlı futbolçu 2018-19 mövsümündə La Liqada 27 matçda meydana çıxıb və 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Sport7.az