Rus klubunun 3 futbolçusu koronavirusa yoluxub

Rus klubunun 3 futbolçusu koronavirusa yoluxub

Rusiya Milli Futbol Liqasında (FNL) çıxış edən "Tom" klubunun 3 futbolçusu koronavirusa yoluxub.

Sport7.az xəbər verir ki, bu barədə klubun təmsil etdiyi Tomsk şəhərinin Operativ Qərargahı məlumat yayıb. İnfeksiya aşkarlanan oyunçulardan biri xəstəxanaya yerləşdirilib, vəziyyəti sabitdir. Digər 2 futbolçunun durumu daha yaxşıdır və onlar ev şəraitində həkim nəzarəti altındadırlar.

Komandanın digər üzvlərinin analizlərinin nəticələri isə mənfi çıxıb.

"Tom" koronavirus pandemiyası səbəbindən dayandırılan mövsümü 9-cu pillədə başa vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR