Rusiya dünya çempionatından məhrum edildi

Rusiya dünya çempionatından məhrum edildi

Ümumdünya Kikboksinq Təşkilatı Assosiasiyası (WAKO) 2021-ci il dünya çempionatını Rusiyanın paytaxtı Moskvada keçirməkdən imtina edib.

Sport7.az xəbər verir ki, bu qərar İdman Arbitraj Məhkəməsinin (CAS) 2020-ci il dekabrın 17-də Ümumdünya Antidopinq Agentliyinin (WADA) iddiasını qismən dəstəklədikdən sonra qəbul edilib.

WADA Rusiya Antidopinq Agentliyini (RUSADA) Ümumdünya Antidopinq Kodeksinə uyğun statusundan məhrum edib. CAS-ın qərarı nəticəsində 2022-ci il dekabrınadək Olimpiya Oyunlarında və dünya çempionatlarında Rusiya idmançıları bayraq və himn olmadan çıxış edəcəklər. Qərar Rusiyanı dünya çempionatlarına iddia etməkdən və təşkilatçılıq hüququndan da məhrum edir.

Dünya çempionatı 5 - 14 noyabrda keçirilməli idi. Yeni məkan martda müəyyənləşdiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR