Rusiya klubu baş məşqçisi ilə yolları ayırdı

Rusiya klubu baş məşqçisi ilə yolları ayırdı

Rusiya Premyer Liqası təmsilçisi "Orenburq" baş məşqçisi Konstantin Yemelyanovla yollarını ayırıb. 

Sport7.az xəbər verir ki, bu hqda klubun rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssisin müqaviləsi yenilənməyəcək. Komandaya müvəqqəti olaraq İlşat Aytkulov rəhbərlik edəcək. 

Klub rəhbərliyi mütəxəssisə göstərdiyi xidmətlərinə görə təşəkkürünü bildirib.
 
Yemelyanov "Orenburq"a 2019-cu ilin dekabrında baş məşqçi təyin olunub. O, 2017-ci ildən komandanın məşqçilər korpusunda çalışıb. "Orenburq" Rusiya Premyer Liqasında 22 turdan sonra 23 xalla 13-14 yerləri bölüşdürür. Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib.
 
Bir neçə gün öncə "Orenburq"un 3 futbolçusunun, Andre Çukanov, Filip Roqiç və Jiqa Şkoflyekin koronavirus testinin müsbət nəticələr göstərdiyi açıqlanmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR