Rusiya millisi Avropa çempionatından qovula bilər!

Rusiya millisi Avropa çempionatından qovula bilər!

Fransada keçirilən "Avro-2016"da rusiyalı azarkeşlərin qalmaqala səbəb olması bu ölkənin millisinə baha başa gələ bilər. Sport7.az xəbər verir ki, artıq məsələnin ciddiliyi ilə bağlı UEFA Rusiya Futbol Federasiyasına xəbərdarlıq edib.

Eyni zamanda Rusiya yığmasına şərti diskvalifiksıya da edilib. Növbəti dəfə şimal qonşumuzun azarkeşləri özlərini apara bilməyib, kütləvi davada iştirak etsə, qitənin ali futbol qurumunun qəbul edəcəyi qərar daha sərt olacaq. Hələlik isə RFF 150 min avro dəyərincə cərimələnib.

Qeyd edək ki, ingilis fanatlarla kütləvi davada iştirak edən bəzi azakeşlər artıq Fransadan deportasiya edilib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR