Rusiyalı əkiz bacılar qızıl və gümüş medal qazandı

Rusiyalı əkiz bacılar qızıl və gümüş medal qazandı

Rusiyalı əkiz bacılar Dina və Arina Averinalar Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında top ilə yarışlarda ilk iki pillədə qərarlaşıblar.

Sport7.az xəbər verir ki, Dina 23,500 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Arina isə 23,050 xalla gümüş medal qazanıb. İlk üçlüyü israilli gimnast Linoy Aşram (22,400 xal) tamamlayıb.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar.
 
Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR