Rusiyalı futbolçu karyerasını bitirdi

Rusiyalı futbolçu karyerasını bitirdi

Rusiyanın tanınmış futbolçularından olan Aleksandr Anyukov karyerasını başa vurub. 

Sport7.az xəbər verir ki, bu haqda "Krılya Sovetov"un saytında məlumat yer alıb. Sonuncu iş yeri Samara təmsilçisi olan 38 yaşlı müdafiəçilə müqavilə yenilənməyib. Bundan sonra futbolla vidalaşan Anyukov məşqçiliyə başlamaq niyyətindədir. 
 
Təcrübəli futbolçu 2005-ci ildən 2019-cu ilə qədər "Zenit"in formasını geyinib. O, Sankt-Peterburq təmsilçisi ilə 5 dəfə Rusiya çempionu olub. Müdafiəçi UEFA Kuboku və UEFA Super Kubokunun da qalibidir. 2004 - 2013-cü illərdə Rusiya yığmasında çıxış edən futbolçu 2008-ci ildə Avropa çempionatında bürünc medala yiyələnib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR