Ruslan Abışov

Ruslan Abışov "Qəbələ"dən ayrılır?

Ruslan Abışovun məxsus olduğu Kazan "Rubin"inin keçmiş baş məşqçisi Kurban Berdıyev yeni iş yerinə qovuşub.

Sport7.az xəbər verir ki, təcrübəli mütəxəssis "Rostov"un "sükanı arxası"na keçib.

Hazırda Rusiya Premyer Liqasının16-cı pilləsində qərarlaşan "Rostov"un yeni baş məşqçisi Rostov vilayətinin qubernatoru Vasili Qolubev və klub rəhbərliyi ilə görüşüb. Berdiyevin qarşısına mövsümün ikinci hissəsində daha uğurlu və layiqli nəticələr göstərmək məqsədi qoyulub.

Türkmənistanlı mütəxəssis yanvarın 14-də yeni komandası ilə ilk təlim-məşq toplanışına - Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq.

Nəzərə alsaq ki, Abışovu "Rubin"ə Berdıyev gətirmişdi və onun istefasından sonra futbolçu "Qəbələ"yə icarəyə verilmişdi, millimizin müdafiəçisinin gələn ildən "Rostov"da peyda olması istisna olunmur.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR