Ruslan Abışovdan Həsən Əliyevə dəstək

Ruslan Abışovdan Həsən Əliyevə dəstək

"Əminəm ki, biz dəstək olsaq, Həsən Olimpiya qızılı qazanacaq!"

Sport7.az xəbər verir ki, 66 kq çəki dərəcəsində erməni Miqran Arutyunyana məğlub olan güləşçimiz Həsən Əliyevə cəmiyyətin ən müxtəlif təbəqələrindən dəstək gəlməkdədi.

Bu dəfə futbolçu, milli komandamızın üzvü Ruslan Abışov Əliyev haqqında fikirlərini açıqlayıb. Abışov azerisport.az-a verdiyi müsahibəsində son günlərin aktual mövzusuna da toxunub: "Hamı kimi mən də məğlubiyyətə üzüldüm. Amma Həsən Əliyevin potensialına bələdəm. Onun kimi güclü güləşçilər hər gün yetişmir. Gənc güləşçiyə dəstək vermək hər birimizin borcudu. Əminəm ki, bizim dəstəyimizlə Həsən daha yüksək zirvələri fəth edəcək. Onun Rio-de-Janeyroda Olimpiadanın qızıl medalını qazanacağına ürəkdən inanıram. Əliyevə gələcək görüşlərdə uğurlar arzulayıram".

Xatırladaq ki, I Avropa Oyunlarının yarımfinalında məğlubiyyətdən sonra sosial şəbəkələrdə Həsən Əliyevi qınayanlar artmışdı və bu sıraya cəmiyyətin bəzi öndə gedən isimləri, hətta millət vəkilləri də qoşulmuşdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR