Ruslan Qurbanov “Keşlə”yə qarşı

Ruslan Qurbanov “Keşlə”yə qarşı

Mövsüm başa çatandan sonra "Keşlə" ilə yollarını ayıran Ruslan Qurbanov paytaxt təmsilçisindən şikayət etməyə hazırlaşır.

Sport7.az xəbər verir ki, buna səbəb isə yarımmüdafiəçinin Avropa Liqasına vəsiqə qazanıldığına görə klubun ona verməli olduğu mükafatı hələ də almamasıdı.

Bununla bağlı dünən 29 yaşlı futbolçu "Futbol+” qəzetinə danışıb. Qurbanov Rusiyaya getmək istədiyini, amma məhz bu məsələ ilə bağlı "Keşlə"dən cavab gözlədiyini bildirdi: "Keşlə"nin mükafatımı verəcəyi vaxtı gözləyirəm. Mənim müqaviləmdə də bununla bağlı maddə var. Onlar da baxsınlar, mən bunları özümdən uydurmuram. Müqaviləmin müddəti ayın 31-də bitdi, komanda da Avropa Liqasına vəsiqə qazandı. Mənə çatanı verməlidilər, onu gözləyirəm. Rusiyaya getmək istəyirəm. Mükafatımı verəndən sonra gedəcəm. Mənim klubla problemim yoxdu, klubun da mənimlə. Müqaviləmdə nə varsa, onu istəyirəm, versinlər. Mən başqa heç nə istəmirəm. Kluba da Avropa Liqasında uğurlar arzulayıram”.

Yığma üzvü problem yaxın günlərdə həllini tapmayacağı təqdirdə Zaur Axundovun rəhbəri olduğu klubdan aidiyyatı qurumlara şikayət etməyi düşünür: "Məsələnin qanun çərçivəsində həllində maraqlıyam. Mənə çatmalı olan halal pulumu istəyirəm. Yox, klub ödəməsə, ilkin variant kimi AFFA-ya müraciət edəcəm. Bu həftənin sonuna kimi gözləyəcəyəm. Verməyəcəkləri təqdirdə AFFA-ya şikayət edəcəm. Çünki artıq gözləməyə vaxtım yoxdu, Rusiyaya getməliyəm. AFFA da bu məsələdə kömək etməsə, böyük ehtimalla FİFA-ya üz tutacam. Amma təbii ki, məsələnin həll olunacağını və ora qədər gedib çıxmasını istəmirəm”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR