Rüstəm Müslümov Dağıstanda keçiriləcək Xəzər turnirinə qatılacaq

Rüstəm Müslümov Dağıstanda keçiriləcək Xəzər turnirinə qatılacaq

Oktyabrın 19-da Dağıstanda Tayboks idman növü üzrə Xəzər turniri keçiriləcək. 

Sport7.az xəbər verir ki, bu turnirdə həmyerlimiz, 80 kiloqram çəkidə təcrübəli idmançı Rüstəm Müslümov da iştirak edəcək. Bu beynəlxalq turnirdə Rusiyanın bir sıra regionlarından müxtəlif idmançılar qatılacaq.

Daima bütün beynəlxalq yarışlarda Azərbaycanın bayrağını ucalara qaldıran təcrübəli idmançı, koryerası ərzində bir sıra mühüm qələbələrə imza atıb. Belə ki, R. Müslümov, Universal Döyüş üzrə Türkiyədə keçirilən Beynəlxalq Turnirdə 3-cü yerə, Kenpi Karate üzrə idman döyüş növündə Macarıstanda keçirilən turnirdə 2-ci yerə və həmin idman döyüş növündə Rumıniyada keçirilən Avropa çempionatında 2-ci yerə layiq görülüb. R.Müslümov daha sonra Tayboks idman növündə qüvvəsini sınamağa qərar verib. R. Müslümov, beynəlxalq əhəmiyyətli yarışlara təcrübəli məşqçi məşqçi Abdulqadir Talıbovun rəhbərliyi ilə hazırlaşır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR