Rzayev:

Rzayev: "Bəxt və Səlahət qola imkan vermədi"

Topaz Premyer Liqasında 14-cü turu çərçivəsində keçirilən və qolsuz bərabərliklə yekunlaşan "Kəpəz” - "İnter” oyununun nəticəsi ilə Gəncə klubunun futbolçuları da barışmır. Sport7.az xəbər verir ki, açıqlamasında "sarı-göylər”in üzvü Tural Rzayev də qeyd edib.

"Oyun bizim üstünlüyümüz şəraitində keçdi. Qələbə qazanmağımız vacib idi. Bunun üçün də çox çalışdıq, bəxt və Səlahət Ağayev qola imkan vermədi. "İnter”in qolkiperi oyunu yüksək səviyyədə keçirdi. Komandasını bir neçə vəziyyətdə real qoldan xilas etdi”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR