"Sabah" ardıcıl üçüncü dəfə eyni hesabla uduzdu

Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən "Audi Cup”da iştirak edən "Sabah”ın U-14 komandası turnir çərçivəsində növbəti oyununu keçirib.

Sport7.az xəbər verir ki, təmsilçimiz bu dəfə İtaliyanın "Verona” klubuyla qarşılaşıb. Görüş rəqibin 3:1 hesablı qələbəsilə nəticələnib. Matçda komandamızın yeganə qoluna Mirhafiz Talışzadə imza atıb.

Bu "Sabah"ın ardıcıl 3-cü oyunda eyni hesablı məğlubiyyətidi. Komanda bundan öncə "Audi Cup”da İspaniyanın "Levante” və Gürcüstanın "Saburtalo” komandaları ilə qarşılaşıb və hər iki oyun rəqiblərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçimiz turnirdəki son oyununda 3-cü yer uğrunda matçda qüvvəsini sınayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR