"Sabah" bölgələrdə futbolçu seçimlərinə başlayıb

"Sabah” Futbol Akademiyası bölgələrdə futbolçu seçimlərinə başlayıb.
 
Sport7.az xəbər verir ki, ilk səfər Aran bölgəsinə olub. Akademiyamızın məşqçiləri noyabrın 27-də Salyan, 28-də İmişli, 29-da isə Saatlı rayonlarında seleksiya xarakterli məşqlər keçiblər.

Seçimlər 2001-2006-cı il təvəllüdlülər arasında baş tutub. Seleksiya xarakterli məşqlərdə fərqlənənlər qarşıdakı günlərdə Bakıda baş tutacaq növbəti seçimlərdə iştirak edəcəklər.

Məşqlərdə fərqlənənlərə "Sabah"ın akademiyasının titul sponsoru "Maxi.az” tərəfindən müxtəlif hədiyyələr verilib.

"Sabah” FK-nın bölgələrdə futbolçu seçimi qarşıdakı aylarda davam edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR