"Sabah" Futbol Akademiyasına seçimlər başlayır

"Sabah” Futbol Akademiyası bölgələrdə futbolçu seçimlərinə başlayır.
 
Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, ilk səfər Aran bölgəsinə olacaq. Akademiyanın rəsmi sponsoru "maxi.az”la tərəfdaşlıq çərçivəsində məşqçi heyəti noyabrın 27-də Salyan, 28-də İmişli, 29-da isə Saatlı rayonunda seleksiya xarakterli məşqlər keçəcəklər.

Seçimlər aşağıda göstərilən məkanlarda və saatda, 2001, 2002, 2003, 2004, 2005 və 2006-cı il təvəllüdlülər arasında keçiriləcək:

27 noyabr, saat 10:00
Salyan Olimpiya Kompleksinin stadionu.

28 noyabr, saat 10:00
İmişli Olimpiya Kompleksinin stadionu.

29 noyabr, saat 10:00
Saatlı Olimpiya Kompleksinin stadionu.

Ətraflı məlumat üçün:
Salyan (055) 760 31 35
İmişli (050) 394 56 87
Saatlı (050) 589 43 41

"Sabah” FK-nın bölgələrdə futbolçu seçimi qarşıdakı aylarda da davam edəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR