"Sabah" futbolçularla anlaşıb: "Mövsümün sonuna kimi qalacaqlar"

Mart ayının 13-dən fasilə yaranan Azərbaycan Premyer Liqası 21 iyun tarixində bərpa olunacaq. Bu gündən isə klublar məşqlərə başlayacaq.

"Sabah" klubu da bu gündən məşqləri bərpa edəcək. 

Bu barədə Sport7.az-a klubun mətbuat katibi Elnur Həmidov məlumat verib. 

Onun sözlərinə görə, "Komanda bu gündən məşqlərə başlayır. Müqavilə müddəti bitən oyunçular ən azı mövsümün sonuna kimi komandada qalacaqlar. Bu məsələ ilə bağlı həmin futbolçularla bir müddət öncə razılıq əldə olunub".
 
Qeyd edək ki, "Qarabağ" və "Zirə" klubu da bu gün məşqləri bərpa edəcəkləri barədə Sport7.az-a məlumat veriblər. 
 
Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR