"Sabah" ilk qələbəsini qazandı

"Sabah" təlim-məşq toplanışı çərçivəsində növbəti matçını keçirib.
 
Sport7.az xəbər verir ki, Jelko Sopiçin komandasının rəqibi Qazaxıstan təmsilçisi "Kaysar" olub. Görüş 20 yanvar şəhidlərinin xatirəsinə bir dəqiqəlik sükutla başladı. "Sabah" matça qara sarğıyla çıxıb. Görüşdə hesab 55-ci dəqiqədə açılıb və rəqib önə keçib. Bundan cəmi 5 dəqiqə sonra Filip İvanoviç hesaba tarazlıq gətirib. 82-ci dəqiqədə isə Nuriyev komandasını önə çıxarıb. Matçda son nöqtəni "Sabah"ın yeni transferi Mario Marina qoyub. Onun qolundan sonra Bakı klubu 3:1 hesablı qələbəyə sevinib.
 
Sopiç start heyətdə bu futbolçulara yer verib:1. Saşa Stamenkoviç, 13. Filip İvanoviç, 4. Bəhlul Mustafazadə, 19. Təmkin Xəlilzadə, 22. Məqsəd İsayev, 11. Şakir Seyidov, 30. Mario Marina, 26. Ozan Can Kökcü, 10. Cavid İmamvediyev, 7. Coşqun Diniyev, 41. Marko Deviç.
 
Toplanış çərçivəsində Macarıstanın "Pakş” (0:2) və Rumıniyanın "Akademika Klinçeni” (0:0) klubları ilə görüşən "Sabah" son matçını Moskva "Spartak"ının əvəzedicilərinə qarşı keçirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR