"Sabah" Moskva "Spartak"ı ilə oynayacaq

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan "Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı son rəqib bəlli olub.
 
Sport7.az komandamız Rusiyanın "Spartak” klubunun əvəzediciləri ilə qarşılaşacaq. Moskva təmsilçisi ilə görüş yanvarın 21-də baş tutacaq.

Yanvarın 8-dən Türkiyədə təlim-məşq toplanışında olan "Sabah”, toplanış çərçivəsində Macarıstanın "Pakş” (0:2) və Rumıniyanın "Akademika Klinçeni” (0:0) klubları ilə qarşılaşıb. Komandamız yanvarın 19-da Qazaxıstan "Kaysar”ı ilə üz-üzə gələcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR