"Sabah" ruslara məğlub olmadı - YENİLƏNDİ

Belekdə təlim-məşq toplanışını davam etdirən "Sabah" hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, Jelko Sopiçin komandası Moskva "Spartak”ının əvəzediciləri ilə qarşılaşıb. Matçda hesabı Azərbaycan komandası 16-cı dəqiqədə Deviçin penalti qolu ilə açsa da ruslar bərabərliyi təmin edib. İkinci hissədə isə "Spartak"ın əvəzediciləri hesabda önə keçib. Jelko Sopiçin komandası 70-ci dəqiqədə Ceyhun Nuriyevin qolu sayəsində məğlubiyyətdən xila ola bilib. 
 
Bu "Sabah"ın Türkiyə hazırlığı çəarçivəsindəki 4-cü matçı olacaq. Sopiçin komandası ilk 3 qarşılaşmada Macaıstan təmsilçisi "Pakş" (0:2), Rumıniya klubu "Akademika Klinçeni" (0:0) və Qazaxıstan Premyer Liqasının iştirakçısı "Kaysar"la (3:1) görüşüb.
 
Yoxlama matçı
 
17.00. "Sabah" - "Spartak-2" (Moskva, Rusiya) 2:2
(Marko Deviç, 16-p., Ceyhun Nuriyev, 70) 

"Sabah"ın start heyəti: 71.Dmitri Bezruk, 2.Elçin Mustafayev, 5.Kərim Diniyev, 20.Nemət Musayev, 17.Məhəmməd Mirzəbəyov, 99.Abbas Ağazadə, 14.Rəşad Eyubov, 29.Ceyhun Nuriyev, 97.Emil Qasımov, 77.Cavid Tağıyev, 41.Marko Deviç.
 
Hüseyn Aygün Futbol Mərkəzi
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR