"Sabah" turnir keçirdi, "Keşlə" qalib oldu

12 oktyabr tarixində Azərbaycan Gənclər Fondunun dəstəyi və "Sabah" Futbol Klubunun tərəfdaşlığı, Binəqədi Gənclər Evi və NAYORA-nın təşkilatçılığı ilə "Gənclər təşkilatları arasında Futbol Yarış” keçirilib.

Sport7.az xəbər verir ki, maraqlı və gərgin mübarizə şəraitində keçən futbol marafonunda əsas məqsəd gənclər təşkilatlarında gənc ruhun möhkəmlənməsi, idman fəaliyyəti vasitəsilə onlar arasında dostluq əlaqələrinin gücləndirilməsidir.

8 komandanın iştirak etdiyi yarışda "İnternat Məzunlarının Sosial İnteqrasiyası" (İMSİ) qalib adına layiq görülüb.

Bir müddət əvvəl "Keşlə" Futbol Klubu "İnternat Məzunlarının Sosial İnteqrasiyası" təşkilatı ilə məkdaşlığa başlayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR