"Sabah" uşaqlar günündə şəhid övadlarını sevindirdi - FOTO

Aprel döyüşləri xalqımızın qəhrəmanlıq tarixində yeni səhifə açdı. Məhz bu döyüşlərdə qəhrəman Azərbaycan əsgəri bir daha öz şücaətini nümayiş etdirərək, Vətənimizin müdafiəsinin əmin əllərdə olduğunu göstərdilər. Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini unutmamaq və daim yad etmək etmək hər bir azərbaycanlının borcudur.

Sport7.az xəbər verir ki, "Sabah” Futbol Klubunun titul sponsoru "Bank Respublika”nın təşəbbüsü, AFFA və "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyilə "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Aprel şəhidlərinin övladları ziyarət edilib. "Sabah” FK-nın və milli komandamızın üzvləri Bəhlul Mustafazadə, Ramil Şeydayev və Ruslan Abışov uşaqlarla görüşərək, onlara "Bank Respublika”, "Sabah” FK və AFFA-dan müxtəlif hədiyyələr təqdim edib, xatirə şəkli çəkdiriblər.

Keçirilən görüşlərdə bankın nümayənədələri Aprel döyüşlərinin xalqımızın şanlı tarixi olduğunu vurğulayaraq, bütün şəhid övladlarının atalarının igidliklərinə görə qürur duymalı olduqlarını, Azərbaycan xalqının hər zaman onların qəhrəmanlıqlarını xatırlayacağını bildiriblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR