"Sabah" yarımmüdafiəçisi ilə vidalaşdı - RƏSMİ

"Sabah”da növbəti ayrılıq yaşanıb.
 
Sport7.az xəbər verir ki, klubla müqavilə müddəti bitən Rəşad Eyubovla yollar ayrılıb. 27 yaşlı yarımmüdafiəçi 2019-cu ildən komandanın uğurları üçün çalışırdı. O, bu müddətdə keçirdiyi 24 oyunda 3 qola imza atıb.

Klub Rəşada göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
 
Buna qədər Marko Deviç, Cavid İmamverdiyev, Kərim Diniyev, Vadim Abdullayev və Məqsəd İsayevlə də yollar ayrılmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR