"Sabah" yeni formalarını təqdim etdi (FOTO, VİDEO)

"Sabah" yeni mövsüm üçün hazırlanmış formalarını təqdim edib.
 
Sport7.az xəbər verir ki, formalar "Macron” firması tərəfindən, klubun təqdim etdiyi xüsusi dizaynla hazırlanıb.

Ev oyunları üçün nəzərdə tutulmuş forma komandanın əsas, göy-ağ rənglərindədi. Göy və ağ rəngləri ciddilik, məqsədyönlülük, inam, güc və qüvvəti əks etdirir. Bu rənglərin formalaşdırdığı zolaqlar məhz qeyd olunan amillərin vəhdətidi.

Səfər oyunları üçün hazırlanmış forma isə futbol akademiyasının bünövrəsini təşkil edən "Vətən” Futbol Məktəbinin rənglərinə uyğun olaraq sarı-qara rəngdədi. Formanın üzərində əks olunmuş günəş şüaları sabaha açılan yeni gün, yeni ümidlər, yeni qələbələri təcəssüm etdirir.

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR