"Sabah"ın bombardiri vidalaşdı və getdi (FOTOLAR)

"Sabah” FK Marko Deviçlə yollarını ayırıb.

Sport7.az xəbər verir ki, futbolçu rəhbərliyə müraciət edərək, ailə vəziyyəti ilə bağlı klubdan ayrılmaq və Belqradda, ailəsinin yanında qalmaq istədiyini bildirib. Rəhbərlik klubda çıxış etdiyi müddət ərzində istər yaşıl meydanda, istərsə də ondan kənarda nümunəvi davranışı ilə diqqət çəkən futbolçunun bu istəyinə müsbət cavab verib. Hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Marko komandanın məşqinə gələrək, futbolçularla, məşqçi və texniki heyətlə sağollaşıb, "Sabah"a yeni mövsümdə uğurlar arzulayıb.

Deviç "Sabah”ın Premyer Liqada ilk qolunun müəllifidi. O, 2018/19 mövsümündə komandanın bombardiri olub (21 oyun, 8 qol).

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR