"Sabah"ın bombardirinin yeni klubu müəyyənləşdi

"Sabah"ın sabiq bombardiri Marko Deviçin yeni klubu müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, bu yaxınlarda paytaxt klubundan ayrılan 36 yaşlı hücumçu ölkəsində "Vojdovats"ın formasını geyəcək. Belqrad təmsilçisi "Sabah"ın serbiyalı digər sabiq legioneri Miloş Boşanciçi də heyətinə qatıb.
 
Futbolçular Serbiyada yenidən komanda yoldaşı olacaqlar. "Vojdovats" yeni mövsümdə ilk 4 turdan sonra 4 xalla turnir cədvəlində 11-ci yerdə qərarlaşıb. 

Marko ailə səbəblərindən "Sabah"la qalan 1 illik müqaviləsini pozaraq Vətəninə dönməli olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR