"Sabah"ın futbolçusu məsləhətçi komisisyasına üzv seçildi

Dopinqlə mübarizə sahəsinin və təmiz idmanın təşviqində idmançıların iştirakı çox mühüm rol oynayır.
 
Sport7.az xəbər verir ki, bunu nəzərə alan və fəaliyyətinin əsas prioritetlərdən biri kimi idmançılarla əməkdaşlığı əsas götürən Azərbaycan Milli AntiDopinq Agentliyi (AMADA) İdmançılar Məsləhətçi Komissiyasını təsis etmişdir.

Bu Komissiyanın əsas məqsədi AMADA-nın fəaliyyətində idmançıları təmsil etmək, idmançılarn hüquqlarının müdafiəsinə və təmiz idmanın təşviqinə aid məsələlər üzrə məsləhətlər verməkdir. Komissiyanın funksiyası idmançılar və AMADA arasında əlaqələndirici rolunu oynamaq olacaq.

Tərkibi təsdiqlənən komissiya on iki idmançıdan ibarətdir. Onların arasında tanınmış futbolçumuz, "Sabah"ın üzvü Ruslan Abışov da var.

İlham Zəkiyev
Hacı Əliyev
Rəsul Çunayev
Fəridə Əliyeva
Fuad Qurbanov
Aynur Məmmədova
Nazim Babayev
Ayan Xankişiyeva
Siyana Vasileva
Kamran Şahsuvarlı
Rüstəm Orucov
Ruslan Abışov

AMADA Komissiya ilə vacib məsələlər üzrə birgə çalışaraq, fəaliyyətində idmançıların fikir və ehtiyaclarını nəzərə almaq üçün əməkdaşlıq edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR