"Sabah"ın gəncləri üçün əlamətdar toplanış

Antalya təlim-məşq toplanışı "Sabah”ın bəzi gənc futbolçuları üçün əlamətdar olub.
 
Sport7.az xəbər verir ki, Türkiyədəki hazırlıqda komandanın heyətində Azərbaycan Premyer Liqasındakı gənc futbolçu limitinə uyğun 10 oyunçu iştirak edib (Şakir Seyidov, Ozan Can Kökcü, Emil Qasımov, Abbas Ağazadə, Elçin Mustafayev, Arsen Ağcabəyov, Ceyhun Nuriyev, Neymət Musayev, Rüstəm Samiqqulin və Abdulla Xaybulayev).

Bu futbolçulardan 4-ü (Ceyhun Nuriyev, Neymət Musayev, Rüstəm Samiqqulin və Abdulla Xaybulayev) U-19-un üzvləridir. Ceyhun Nuriyev və Neymət Musayev "Sabah”ın Antalyadakı bütün yoxlama oyunlarında şans qazandılar. Ceyhun "Kaysar” və "Spartak-2” ilə oyunlarda fərqləndi. Digər futbolçulardan Samiqqulin 2, Xaybulayev isə 3 görüşdə şans qazandılar.

Rüstəm Samiqqulin və Neymət Musayev birbaşa Antalyada təlim-məşq toplanışında olan Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin düşərgəsinə yollandılar. Bu futbolçulardan əlavə, "Sabah”ın U-19 komandasının digər üzvləri - Tural Nəsirov, Balamirzə Sultanov və Nazim Həsənzadə də hazırda yığmanın heyətindədi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR