"Sabah"ın ikinci qələbəsi

Növbəti mövsümə hazırlıqlarını Qəbələdə davam etdirən "Sabah"la "Sumqayıt" yoxlama oyunu keçirib.

Sport7.az xəbər verir ki, dünən leysan səbəbindən yarımçıq dayandırılan qarşılaşma bu gün tamamlanıb. Matçın taleyini 1 qol həll edib. Masazır təmsilçisinin yeni transferi Slavik Alxasovun 81-ci dəqiqədə vurduğu qol komandasına qələbə qazandırıb.

"Sabah" ispaniyalı yeni baş məşqçisi Visente Qomezin başçılığı altında Qəbələdəki ilk yoxlama matçında "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlib. "Sumqayıt" isə bundan əvvəlki görüşdə "Neftçi"yə uduzub - 0:3.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR