"Sabah"ın ofisində görüş

"Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində "Sabah”nı və ölkəmizi təmsil etmiş məşqçi Samir Əbdürəhmanov, futbolçular Babamirzə Mehdiyev, Ayxan Əlizadə, Fatimə Məhərrəmli və azyaşlı jurnalist Timur Jeltenkov klubun ofisində prezident Maqsud Adıgözəlov, əsas komandanın baş məşqçisi Elşad Əhmədov və yarımmüdafiəçi, millimizin üzvü Rəşad Eyubovla görüşüb.
 
Sport7.az xəbər verir ki, görüşdə İspaniyanın paytaxtı Madriddə baş tutmuş sosial layihədə iştirak etmiş təmsilçilərimiz səfər təəssüratlarını bölüşüb. Eyubov, Əhmədov və klub prezidenti turnirdə ölkəmizi və "Sabah”ı layiqincə təmsil etdiklərinə görə onlara təbriklərini çatdırıblar. 

"Sabah"ın U-12-nin baş məşqçisi Samir Əbdürəhmanov bu cür turnirlərin azyaşlı futbolçular üçün əhəmiyyətini vurğulayaraq, klub rəhbərliyinə hərtərəfli dəstəyə görə təşəkkür edib.

Beynəlxalq layihədə iştirak edən "Sabah"dan qapıçı Ayxan Əlizadənin çıxış etdiyi "Antiguan Racer” turniri çempion kimi başa vurub. Digər futbolçulardan Babamirzə Mehdiyevin komandası mübarizəni qrup mərhələsində, Fatimə Məhərrəmlinin oynadığı kollektiv isə yarımfinalda dayandırıb. Məşqçi Samir Əbdürəhmanov "Dostluq üçün futbol beynəlxalq məşqçilər akademiyası”nın təlimlərində fəal iştirak etdiyi üçün təşkilatçılar tərəfindən xüsusi diplomla təltif edilib.
 
Bununla yanaşı İspaniyadakı təmsilçilərimiz iyunun 1-də, Madridin "Vanda Metropolitano” stadionunda Çempionlar Liqasının final görüşünü canlı izləyiblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR