"Sabah” futbol akademiyasının baş koordinatoru
Adino Mustedanaqiç "İctimai” TV-də efirə gedən "Bol idman” verlişinin qonağı
olub.
Sport7.az xəbər verir ki, Adino Mustedanaqiçin
qonaq olduğu verlişdi həm də klub akademiyasının fəaliyyəti ilə bağlı süjet izləyicilərə
təqdim edilib.
Adino Mustedanaqiç çalışdığı akademiyanın fəaliyyəti
haqqında bunları deyib:
"Dinamo” Zaqreb klubunun futbol akademiyası ilə "Sabah”
klubunun futbol akademiyasının birgə layihəsinin icrasına 1 ildən artıq bir
vaxtdır ki, başlayıb. Bu əməkdaşlıqda əsas məqsəd "Dinamo” Zaqreb klubunun
akademiyasında gənc oyunçuların hazırlığı, onlarla işləmək təcrübəsindən
yararlanaraq "Sabah” futbol klubunun akademiyasında gənc futbolçuların bilik və
bacarıqlarını artırmaq, onların yetişməsində bu praktikanı tətbiq etməkdir.
"Dinamo”nun futbol akademiyasında 5 əsas
standartdan istifadə edirdik. Birincisi məşqçilərin inkişaf sistemi – burda əsas
məsələ akademiyada məşqçilərimizin təkmilləşdirmə kurslarında biliklərinin
artırılmasıdır. Burda mühazirələr də daxil olmaqla müxtəlif vasitələrdən
istifadə olunur. Bizim birgə layihəmizin tərkib hissəsi olaraq "Dinamo” Zaqreb
futbol akademiyasından məşqçilər və mütəxəsislər gələrək burda bizim məşqçilərə
mühazirələr oxuyurlar. Həmçinin məşqçilərimizin Zaqrebə gedərək Dinamo futbol
akademiyasında treyninqlərdə iştirak etməsi və akademiya ilə tanışlıq da nəzərdə
tutulub. Əlbəttə ki, koronavirus pandemiyası bizim işlərimizə az da olsa mane
olur.
İkincisi – biz skautinq sistemi üzrə də əməkdaşlıq
edirik. Azərbaycanda gənc istedadların üzə çıxarılmasını təmin etmək üçün Sabah
futbol klubunun skautinq sistemini yaratmağı hədəfləyirik. Bu məsələdə də
Dinamo Zaqrebin təcrübəsindən istifadə edirik.
Üçüncüsü – bizim üzərində çalışdığımız digər məsələ
oyunçuların fəlsəfəsidir. İlk olaraq aşağı yaş qruplarından başlayaraq tədricən
böyük yaş qruplarında çıxış edən oyunçulara bunu aşılamaq məşqçilər üçün əsas
standartlardandır.
Dördüncüsü. Məşqlərin metodikasını təkmiləşdirmək məsələsidir.
Arxada gördüyünüz kimi məşqlərin və oyunların metodikasını tətbiq etməklər
futbolçuların daha yaxşı üsulla məşq etməsini təmin etməkdir. Biz bunu hər həftə
edirik.
Beşincisi isə oyunçuların məşqlərinin fərdiləşdirilməsi.
Bunun çox önəmli olduğunu düşünürük. Məşqlərin fərdiləşdirilməsindən əldə
etdiyimiz üstünlükləri komandada tətbiq edəcəyik. Bu layihənin ilk hissəsi olan
məşqçilərin tədrisi məsələsi təəssüf ki, koronavirus pandemiyasına görə bəzi
ideyalarımızı həyata keçirə bilmirik. Lakin bu pandemiya bitdikdən sonra bu
istiqamətdə işlərimizi davam etdirəcəyik. Əlbəttə ki, koronavirus pandemiyası
dövründə bütün klublar və federasiyalar ciddi problemlərlə üzləşdirlər, lakin
maraqlısı odur ki, biz işimizi dayandırmadıq və görüləcək işlərimizi bu
pandemiya dövrünə uyğunlaşdırmağa çalışdıq. Və bunu bir qədər fərqli üsulla etməyə
çalışdıq.
Əməkdaşlığımızın müddəti barədə onu deyə bilərəm
ki, bu bir qədər uzunmüddətli olmalıdır. Çünki, bəzi dəyişiklikləri etmək elə də
asan deyil. Bu 1, 2, 3 il və daha çox davam edə bilər. İstənilən halda bu layihə
başa çatdıqdan sonra ümid edirəm ki, daha təkmilləşmiş məşqçilər, futbolçular və
akademiya görə biləcəyik. Çünki, insan resursları və keyfiyyəti bu işdə olduqca
önəmlidir. Sabah futbol klubu malik olduğu şəraitə uyğun olaraq söhbət
açdığımız işlər üzrə maksimum səylə çalışır.
Gördüyünüz kimi bizim məşqlər təbii ot örtüklü
meydançalarda da keçirilir. Futbol ümumiyyətlə təbii ot örtükdə oynanılan idman
növüdür. Futbol - özü bu təbii ot
örtüyüdür, və müəyyən olunmuş ölçülü meydançalardır. Digər amillər futbolun
keyfiyyətini aşağı salır. Və çox şadam ki, klub bizim üçün, oyunçular üçün
maksimum şərait yaradır ki, onlar inkişaf edə bilsinlər”.