"Sabah"ın xorvat məşqçisi: "Mayın sonuna qədər oynamayacağıq"

"Burada çempionat uzun müddətdir ki, dayandırılıb. Dünən ən azı may ayının sonuna qədər oynamağın təhlükəsiz olmayacağına dair rəsmi məlumat aldıq".

Sport7.az xəbər verir ki, bu fikirləri "Sabah"ın məşqçisi Marko Lozo "Sportklub" nəşrinə müsahibəsində deyib. Jelko Sopiçin köməkçisi Bakıdakı vəziyyətlə bağlı danışıb: "Dünənə qədər hər şey nisbətən normal idi. Öncə saat 15:00-a qədər kafe və restoranlar açıq oldu. Bu gün isə yalnız market və apteklərin açıq olacağı, insanların evlərini tərk etməməsi barədə qərar verildi".    

Lozo ölkə çempionatı ilə bağlı da fikirlərini bölüşüb: "Yaxşı mənada təəccübləndiyimi söyləyə bilərəm. İki klub keyfiyyət baxımından ayrıdır, bunlar "Neftçi" və "Qarabağ"dır. Digərləri isə eyni səviyyədədir. Hazırda Premyer Liqada 8 komanda var, amma növbəti mövsüm 10 olacaq".

Xorvatiyalı məşqçi çempionatdakı hazırkı durumdan razı olmadıqlarını söyləyib: "Turnir cədvəlindəki vəziyyətdən çox məmnun deyilik, amma xal fərqi çox azdır və məqsədimiz mövsümü üçüncü pillədə başa vurmaqdır. Jelko Sopiç və mənə burada burada bir şey etmək üçün vaxt lazımdır, buna görə səbrli olmalıyıq". 

"Sabah" Premyer Liqada 20 turdan sonra 21 xalla 6-cı pillədə qərarlaşıb. Koronavirus pandemiyası ilə əlaqədar çempionata aprelin 14-dək fasilə verilib. Bu qərar martın 18-də qəbul olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR