"Sabah"ın "Zirə" önündə üstünlüyü

"Zirə” Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək. 

Sport7.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, mövsümün II dövrəsinə ardıcıl iki səfər oyunu ilə başlamalı olan "qartallar” bu dəfə "Sabah”la üz-üzə gələcək.

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan rəqiblə oyun iki komanda arasında 6-cı qarşılaşma olacaq. "Zirə” "Sabah”la ilk dəfə ötən mövsümdə görüşüb. Debütantla ilk üç matçda uduzan qəsəbə təmsilçisi mövsümün son görüşündə rəqibinə böyük hesabla qalib gəlib. Cari mövsümün III turundakı qarşılaşmada heç-heçə edən "Zirə” iki oyundu rəqibinə uduzmur.

Çempionat çərçivəsində baş tutan bu beş görüşdə 1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyəti olan "qartallar” rəqib qapısından 5 top keçirib, 7-ni buraxıb. Komandanın qollarına 4 futbolçu imza atıb. Xulio Sezar Rodriges iki, digər üç oyunçu hərəyə bir dəfə fərqlənib.

"Zirə” üçüncü dəfə "Sabah”ın qonağı olacaq. Əgər zirəlilərin evdəki matçlarında iki qol vurulursa, səfər görüşlərinin hər birində üç top qeydə alınıb. İlk səfər oyununda 1:2 hesabı ilə uduzan qəsəbə təmsilçisi yeganə qələbəsini də "Sabah”ın meydanında əldə edib. Komandanın 2 səfər oyununda 1 qələbə və 1 məğlubiyyətə təsadüf olunub. Top fərqi də "qartallar”ın xeyrinədi – 4:2.

Qeyd edək ki, "Sabah” – "Zirə” oyunu oktyabrın 26-da "Bank Respublika Arena”da keçiriləcək. Matç saat 18:00-da başlayacaq.

"Zirə” – "Sabah”: Bütün oyunlar

2018/19 mövsümü
25.08.2018. "Zirə” – "Sabah” – 0:2
Marko Deviç, 2, 30

27.10.2018. "Sabah” – "Zirə” – 2:1
Məqsəd İsayev, 45+1; Cavid İmamverdiyev, 90+2 // Tellur Mütəllimov, 73

02.02.2019. "Zirə” – "Sabah” – 0:2
Marko Deviç, 47 (p.); Rəşad Eyubov, 68

11.05.2019. "Sabah” – "Zirə” – 0:3
Xulio Sezar Rodriqez, 38, 81; Robin Nqalande, 69

2019/20 mövsümü
31.08.2019. "Zirə” – "Sabah” – 1:1
Soni Norde, 88 // Amadu Diallo, 35

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR