Sablyaçılarımız məğlub oldu

Sablyaçılarımız məğlub oldu

Qadın sablyaçılarımız Kanadanın Monreal şəhərində keçirilən beynəlxalq Qran-Pridə iştirak edir.
 
Sport7.az xəbər verir ki, sablyaçılarımızdan Anna Başta şəxsi yarışda qrup mərhələsini 5 qələbə ilə başa vuraraq birbaşa əsas mərhələyə vəsiqə qazanıb. Anna 1/32 finalda Rusiya təmsilçisi Alina Mixaylovaya 13:15 hesabı ilə uduzub.
 
Qrupu 4 qələbə ilə bitirən Səbinə Kərimova da əsas mərhələyə kimi irəliləməyi bacarıb. Səbinə pley-offda Cənubi Koreya idmançısı Hayounq Jeona 15:5 hesabı ilə qalib gəlib. Kərimova 1/32 finalda digər koreyalı sablyaçı Jisu Yuna 6:15 hesabı ilə məğlub olub.
 
Qrupda 4 qələbəsi olan Valeriya Bolşakova İspaniya idmanşısı Araceli Navarroya 6:15 hesabı ilə məğlub olub.
 
Pley-offa 3 qələbə ilə yüksələn Sevil Bünyatova isə fransalı Şarlin Taylandierə 11:15 hesabı ilə uduzub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR