Sablyaçımız Rusiyada qızıl medal qazandı

Sablyaçımız Rusiyada qızıl medal qazandı

Sablya üzrə qadınlardan ibarət millimizin üzvü Anna Başta Rusiyanın Novoqorsk şəhərində yerləşən İlqar Məmmədov adına Qılıncoynatma Mərkəzində keçirilən sablyaçıların Ümumrusiya açıq turnirində qızıl medal qazanıb.
 
Sport7.az xəbər verir ki, qrup mərhələsində keçirdiyi 5 görüşdən 4-nü qalib başa vuran Anna birbaşa 1/16 finala vəsiqə qazanıb. Bu mərhələdə Alina Klyuçnikovanı 15:10 hesabı ilə məğlub edən idmançımız növbəti mərhələdə Anastasiya Bajenovaya 15:14 hesabı ilə qalib gəlib. 1/4 finalda Yevgeniya Karbolinanı eyni hesabla məğlub edən qılıncoynadanımız yarımfinalda Anna Simirnovanı 15:10 hesabı ilə üstələyib. Anna Başta finalda Alina Mixaylova üzərində 15:5 hesablı qələbə qazanaraq turniri qalib başa vurub.

Qrup mərhələsində keçirdiyi bütün görüşləri qalib bitirən Valeriya Bolşakova isə 1/16 finalda Anastasiya Koçetovaya 14:15 hesabı ilə uduzub.
 


 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR