Sadıq Sadıqov:

Sadıq Sadıqov: "Bizim məqsədimiz onların rahatlığını pozmaqdır"

Ötən həftəsonu cüdoçularımızın qazandığı möhtəşəm uğur (kişilər arasında Avropa kuboku və gənclər arasılnda dünya çempionatında) yığma komandada artıq "ulduz xəstəliyinə" yoluxmaq yolunda  olan bəzi aparacı simalara necə təsir edəcək? Onlar, görəsən, özlərini əvəzolunmaz hiss etməkdə davam edəcək, yoxsa bu hisslərə "tamam" deyəcəklər?

Atv.az bu sualla Azərbaycvan cüdo federasiyasının vitse-prezidenti, hazırda bu idman növünün inkişafında əvəzsiz xidmətləri olan Sadıq Sadıqova müraciət etdi. O isə cavabında Federasiya rəhbərliyinin  sağlam rəqabəti alqışladığını və məhz bunun üçün çalışdığını vurğuladı: "Biz belə bir sağlam rəqabəti yalnız dəstəkləyə bilərik! Gənc cüdoçularımızı və yığma komandamızın iikinci-üçüncü nömrələrini biz məhz buna görə yarışlara tez-tez yollayırıq ki yığma komandamızın birinci nömrələri özlərini rahat hiss etməsin. Bizim məqsədimiz onların rahatlığını pozmaqdır! İstəyimiz odur ki, onların arxasıyca qələn cüdoçular inkişaflarını və nəaliyyətlərini artırslınlar, yığma komandanın əsas cüdoçuları isə bundan narahat olub öz yerlərini qorumaq üçün  üzərlərində daha çox çalışsınlar, mötəbər yarışlarda daha yaxşı nəticə əldə etsinlər, yerlərində addımlamasınlar.Özlərini əvəzolunmaz hesab edənlər bilməlidirlər ki, nəinki ölkəmidən kənarda, Azərbaycanın özündə belə onların güclü, onları bu "taxt-tacdan" sala bilən  rəqibləri var və bu rəqiblərə qalib gəlmək üçün rahatlanmaq qəti olmaz".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR