Şahin Diniyev baş məşqçi olacaq?

Şahin Diniyev baş məşqçi olacaq?

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisinin adı bu gün bəlli olmalıdır. 

Apasport.az saytının məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədovla Məşqçilər Komitəsi (MK) arasında keçirilməsi nəzərdə tutulan görüşdə həmin mütəxəssisin adı açıqlanacaq.
 
Məşqçilər Komitəsinin baş katibə təqdim etdiyi siyahıda 4 yerli mütəxəssisin adı var. Bunlar Nazim Süleymanov, Əsgər Abdullayev, Yaşar Vabahzadə və Şahin Diniyevdi. İlk 3 məşqçidən fərqli, Diniyevin adının çəkilməsi təəccüb doğura bilər. Məsələ burasındadı ki, federasiya rəhbərliyi komitənin özündən 1 nəfərin U-21-ə namizəd göstərilməsini tələb edib. Belə olan halda, Məşqçilər Komitəsi Diniyevin adını siyahıya əlavə edib.
 
Təqdim edilən 4 yerli məşqçidən əlavə, federasiya rəhbərliyinin siyahısında 2-3 əcnəbi çalışdırıcının adı var. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR