Şahmatçımız çinliyə uduzdu

Şahmatçımız çinliyə uduzdu

FİDE-nin təşkilatçılığı ilə keçirilən sürətli şahmat üzrə "Women's Speed Chess Championship” yarışı çərçivəsində iyulun 9-da onlayn Qran-pri turnirinin üçüncü mərhələsinin 1/4 final yarışları keçirilib.

Sport7.az xəbər verir ki, yarışda Rusiya şahmatçıları Yekaterina Laqno ukraynalı Anna Uşeninanı (7:6), Aleksandra Kostenyuk Hindistan şahmatçısı Humpi Konerunu (9:2), çinli şahmatçı Hou Yifan hindistanlı Harika Dronavallini (7:3), iranlı Sarasadat Hademalşarieh çinli Vencun Cunu (7:5) məğlub edərək yarımfinala vəsiqə qazanıblar.

Azərbaycan şahmatçısı Günay Məmmədzadə 1/8 finalda rəqibi çinli Vencun Cunu ilə mübarizədə uduzaraq yarışda çıxışını başa vurub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR