Şahmatçımız ikinci oldu

Şahmatçımız ikinci oldu

Azərbaycanlı şahmatçı Azər Mirzəyev İspaniyada keçirilən "12-ci Pedro Montalvo Memorialında" uğurlu çıxış edib.

Sport7.az xəbər verir ki, İspaniyada keçirilən sayca 12-ci Pedro Montalvo Memorialında çıxış edən şahmatçımız ikinci yerin sahibi olub. Yarışın qalibi adını isə rusiyalı Vadim Moiseenko qazanıb. Hər iki şahmatçı keçirdikləri 9 oyundan 7.5 xal toplasa da, əlavə göstəricilərə görə rusiyalı şahmatçı təmsilçimizdən üstün olub.
 
Yarışda ümumilikdə 11 ölkədən 115 şahmatçı iştirak edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR