Samboçumuz ermənini məğlub edib medal qazandı

Samboçumuz ermənini məğlub edib medal qazandı

Minskdə keçirilən 2-ci Avropa oyunları davam edir. 
 
Sport7.az xəbər verir ki, bu gün samboçularımız da mübarizəyə qoşulub. 68 kq çəki dərəcəsində çıxış edən Emil Həsənov 3-cü yer uğrunda görüşdə bolqarıstanlı Martin İvanovu vaxtından əvvəl ağrıdoğurucu fəndlə məğlub edib.
 
57 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə isə Mehman Xəlilov, erməni həmkarı Maksim Manukyanla üz-üzə gəlib. Görüşün əvvəlində Xəlilov rəqibindən bir xal qazanıb. Üstəlik, Manukyan xəbərdarlıq alıb. Lakin sonradan rəqib samboçu da bir xal alaraq, hesabı bərabərləşdirib.

Bununla belə, Xəlilov 2 xallıq fəndlə yenidən önə çıxıb - 3:1. Yekunda isə 9:1 hesabı ilə qalib gələn Xəlilov bürünc medala yiyələnib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR